Moon Streamделится впечатлением7 лет назад
👍Советую
💀Страшно
🚀Не оторваться

Həyatımda oxuduğum ən möhtəşəm detektiv-polisiyyə və gərilim janrlı əsərdir. Əsər boyu anlaşılmaz duyğular içərisində olursan və əsər bitdikdən sonra təsirindən qurtula bilmirsən.
Yazar hadisələrin baş verdiyi yerləri o qədər gözəl təsvir etmişdir ki, sanki o yerləri bir rəsmdə, ya da canlı izləyirmiş kimi hiss edirsən. Eləcə də, insanın daxili aləmi, psixologiyası, edəcəklərinin sərhədsiz olmasını gördükcə dəhşətə düşməmək mümkün deyil. Qatilin kimliyini əsərin sonunadək anlamaq mümkün olmur. Yazar həqiqətən dahiyanə şəxsdir.
Qısacası, həyəcan dolu möhtəşəm bir əsərdir❤

  • Corco Faletti
    Mən öldürürəm
    • 464
    • 25
    • 7
    • 12
  • Войти или зарегистрироваться, чтобы комментировать