Emil Azizovделится впечатлением7 лет назад

Erix Maria Remarkdan oxuduğum ikinci kitabdır. Ötən əsrin 30-cu illərində qələmə aldığı ‘Üç yoldaş’ əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar. Roman yazıçının, demək olar ki, yaradıcılığından qırmızı xətt kimi keçən müharibənin insan həyatına və psixologiyasına vurduğu dəhşətli yaralardan bəhs edir. Əsərdə hadisələr müharibədən sağ çıxmış üç yoldaşdan Robert Lokamp (Robbi), Otto Kester və Qottfild Lens-dir. Sadəcə yaşamaq üçün çalışan bu üç dostun həyatına girən Patrisiya Holman (Pat) ilk başda Robertin olmaqla, digərlərinin də həyatına artıq daha böyük bir anlam qatmağa başlayır. Müxtəlif zümrələrin nümayəndələri və müxtəlif talelərə malik olmalarına barxamayraq, Robbi və Pat bir-birinə aşıq olurlar. Romanda onların məhəbbətinin inkişafı, həmin illərin böhranının fonunda təsvir edilir.

  • Войти или зарегистрироваться, чтобы комментировать