şəms.цитирует5 лет назад
Qaraqoyunlu sultanı Cahan şah Həqiqini məğlub eləyib Ağqoyunlulara ölkənin sultanlıq taxtına yol açdığından iki il keçsə də, hələ də kifayət qədər qüvvə toplayıb təzədən babasının tutduğu yerlərə göz dikən Sultan Əbu Səidə qalib gəlmək iqtidarında deyildi.

Babası Fəxrəddin Qara Yuluq Osman bəy Diyarbəkrdə hökmranlıq edəndə Teymurləngə sədaqət göstərmiş, İldırımla Teymurun Anqara meydan döyüşündə onun tərəfində olmuşdur. İndi üstündən altmış altı il keçəndən sonra nəvələr düşmən kimi üz-üzə dayanmışlar.
  • Войти или зарегистрироваться, чтобы комментировать