Xuraman Memmedovaцитирует5 лет назад
Daşın üzü soyuq olur. Nə günəş şüası ilə qızır, nə də insan hənirtisi ilə isinir. Bu soyuq, qara, üzü parıltılı daş bir deyildi, iki deyildi... Minlərlə daşı çaylaqlardan götürmüşdülər, karxanalarda yonmuşdular, qabar gücünə, taqətdən düşən diz hesabına dağın sıldırım yalına qaldırmışdılar. Burada yumurta sarısından yoğrulan palçıqla biri-birinə bənd etmişdilər
  • Войти или зарегистрироваться, чтобы комментировать