M.Vəlizadəцитирует5 лет назад
Yoldaş, mən səni öldürmək istəməzdim, – deyə ona təlqin edirəm. – Əgər sən bir də buraya atılaraq, özünü ağıllı aparsaydın, mən belə hərəkət etməzdim. Sən indiyə qədər məndən ötrü yalnız mücərrəd bir məfhum, beynimdə yaşayan və öz həllini tələb edən bir sual idin. Mən bu sualı məhv etdim. İndi mən artıq sənin də mənim kimi bir adam olduğunu görürəm. Onda mən sənin əl bombalarını, süngünü, sənin silahını ­düşünürdüm; indi isə mən sənin arvadını, sənin çöhrəni, hər ikimizdə olan ümumi nöqtələri görürəm. Əfv et məni, yoldaş! Biz daima görülməli olan şeyləri çox gec müşahidə edirik! Nə üçün bizə sizin də bizim kimi bədbəxt olduğunuzu, sizin ananızın da bizimki kimi nigaran qaldığını, sizin də ölümdən bizim kimi qorxduğunuzu, bir cür öldüyünüzü və eyni ağrını çəkdiyinizi daima təkrar etmirlər? Nə qədər qəddar bir düşmənin də olsam, məni əfv et, yoldaş! Əgər biz bu silahı və bu əsgər paltarını çıxarıb atsaq, sən də mənə Kat və Albert kimi bir qardaş olarsan. Al mənim iyirmi illik ömrümü, yoldaş və ayağa qalx... Artıq mən nə edəcəyimi bilmirəm!
  • Войти или зарегистрироваться, чтобы комментировать