Vusala M.цитирует2 года назад
Bakıya iclasa çağırmışdılar. İclasdan sonra Sülhəddin Əkbərlə görüşmək istədim. Kabinetinin girişində köməkçi harasa getmişdi. Qapını döyüb içəri girmək istəyəndə kadr idarəsinin rəisi Xaliq İsgəndərovun içəridə olduğunu gördüm. Bir anlığa geri qayıdıb-qayıtmamağımı fikrləşirdim ki, Sülhəddin bəy: “Ə, görmürsən içəridə adam var”, – dedi. Qapını örtüb çıxdım və maşına oturub Şəmkirə qayıtdım. Bu formada müraciəti işlədiyim 10 il müddətində KQB-də, MTN-də heç kimdən görməmişdim və ümumiyyətlə, xüsusi xidmət orqanında tələb, tənqid yüksək olduğu qədər heç vaxt təhqir işlənməzdi. Sülhəddin Əkbər İsgəndər Həmidova olan şəxsi mənfi münasibətinin nəticəsi kimi mənə qarşı aqressivliyini hələ də davam etdirirdi.
  • Войти или зарегистрироваться, чтобы комментировать