Xuraman Memmedovaцитирует4 года назад
İnsanı məftun edən zərif hərəkətlər, sadəlik və zahiri səmimiyyət, demək olar, sehrli təsir bağışlayırdı. Onun heç ağlına da gələ bilməzdi ki, bütün bu sadədillik və nəcabət, fərasət və yüksək şəxsi ləyaqət, ola bilsin, yalnız gözəl bədii bəzək idi. Qonaqların çoxu, təsir oyadan zahiri görünüşlərinə baxmayaraq, olduqca boş və dəyərsiz adamlardan ibarət idi; bununla belə, onlar özündən müştəbeh şəxs olduqları üçün özləri də bilmirdilər ki, onlarda təzahür edən bir çox yaxşı cəhət yalnız süni bəzəkdən ibarətdir, həm də bunun günahı onlarda deyildi, çünki bu süni bəzək onlara qeyri-şüuri və miras olaraq keçmişdi.
  • Войти или зарегистрироваться, чтобы комментировать