Vusala M.цитирует2 года назад
Səhərisi gün Xalq Cəbhəsi bir neçə silahlı adam və üzvləri ilə Mütəllibovu Moskvaya getməyə məcbur etdi. Milli Məclis çağırıldı, İsa Qəmbər MM-in sədri olaraq dövlət başçısı səlahiyyətlərini icra etməyə başladı. Ölkədə yeni dönəm yaranırdı, fərqli siyasət yürüdülür, yeni kadrlar təyin olunurdu.

MTN-ə nazir Fəxrəddin Təhməzov təyin edildi. Fəxrəd­din müəllim bir neçə ay əvvəl Gəncə şöbəsinin müavini vəzifəsindən çıxıb yenicə yaradılmış Bakı şəhər şöbəsinə müavin təyin edilmişdi. Gəncədə bir ildən artıq bir yerdə işləmişdik, xoşrəftar, yumşaq təbiətli bir şəxs idi. Gözlənilməz təyinat idi. Sonralar Yaqub Məmmədovla söhbət zamanı məlum oldu ki, Əbülfəz Elçibəy ilk olaraq MTN-ə Namiq Abbasovun namizədliyini irəli sürüb, Vəzirov dövründə haqsızlığa məruz qaldığını əsas amil kimi irəli sürüb. Müzakirədə iştirak edənlər N.Abbasovun Heydər Əliyevin kadrı olduğunu, daha çox ona bağlı olduğunu bildirib qəti etiraz edirlər. Belə olanda Elçibəy israr edib ki, Milli Təhlükəsizlik nazirinin namizədliyini müzakirələrə dəvət olunmuş Yaqub Məmmədov versin (?!) İki namizədin də adı çəkilib, ümumi razılıq olmayıb, nəhayət, Yaqub müəllim əvvəllər Tibb İnstitutunun kuratoru olmuş Fəxrəddin Təhməzovun namizədliyini verəndə Elçibəy də, müzakirə iştirakçıları da razılaşıb. Yumşaq desək, bu yanaşma düzgün deyildi. Hakimiyyətə gələn şəxs ən azı komandasında kimin hansı vacib postları tutacağını çoxdan müəyyənləşdirməli idi. Xüsusi xidmət orqanı kimi dövlətin bel sütunlarından olan bir quruma öz namizədin yoxsa, deməli, o təşkilatın mahiyyətini düzgün qiymətləndirə bilməmisən. Nazirin birinci müavini Sülhəddin Əkbər, müavin isə Murmanskdan qayıtmış Namiq Abbasov təyin olundu.
  • Войти или зарегистрироваться, чтобы комментировать