Vusala M.цитирует2 года назад
Bakıdan məlumat daxil oldu ki, Yerevandan bir ailə sərhədi bu günlərdə keçib və Şəmkirin Çinarlı qəsəbəsində yerləşib. Ermənistandan soydaşlarımız faktiki 1990-cı ilin sonlarında tamam köçüb gəlmişdilər, bu ailə nə yaxşı indiyədək orda qala bilib? Məlumatı oxuduqca bu sualı öz-özümə verir, fikirləşirdim. Bakıdakı məlumatı verən şöbəylə əlaqə saxladım. Şöbədən əlavə olaraq bildirdilər ki, ailə başçısı Knyaz Mirzoyev bu yaxınlara qədər Yerevanda yaşayıb və Yerevan televiziyasında Ermənistanın Qarabağ məsələsində mövqeyini dəstəkləyən çıxışlar edib. Knyaz Mirzoyev ədəbiyyat üzrə alimdi, Yerevan ali məktəblərinin birində dərs deyirmiş. Son günlər hansısa səbəbdən Yerevanı tərk edib. Milliyyətcə kürddü. Qısa zamanda Knyaz Mirzoyevin yerini, qaldığı evi müəyyənləşdirdik. K.Mirzoyevin Qazaxıstanda olduğunu, ailəsinin isə kənddə yaşadığını öyrəndik. Bu ailənin hansısa zərər vuracağı gözlənilmirdi, sadəcə, informasiyaya görə, bir müddət əməliyyat nəzarətində saxlamaq şərt idi. Bir neçə gündən sonra məlumat aldıq ki, Knyaz Mirzoyev gəlib, ailəsini gecə ilə Bakıya, ordan da bərə ilə Qazaxıstana köçürüb. Bu faktı yazmaqda məqsədim odur ki, Knyaz Mirzoyevin burda yaşayan qohumları olsa da, uzun müddət o, Azərbaycana gələ bilmirdi. Məlumatlar belə idi ki, Heydər Əliyevdən qohumları xahiş etsələr də, onun Azərbaycana gəlməyinə dövlət başçısı icazə verməyib. 2007-ci ildə təsadüfən aeroportda idim. Yol Polisinin müşayiətilə bir neçə avtomobil aeroportun VİP zalına yaxınlaşıb saxladı. Gözləmək olardı ki, hansısa dövlətin rəsmi vəzifəli şəxsi müşayiət olunur. Maşınlardan xeyli çamadanlar, zənbillər boşaldıldı. Heyət içəri daxil olanda aeroportda işləyən tanış polis zabitindən yola salınanın kimliyini soruşdum. Polis dostum kinayə ilə dedi:

– Qazaxıstandan Knyaz Mirzoyev adlı bir kürddü. Elə bu cür də qarşılanmışdı.

Azərbaycanın əleyhinə Yerevan televiziyasında çıxış edən Knyaz Mirzoyevi xatırladım.
  • Войти или зарегистрироваться, чтобы комментировать