Xuraman Memmedovaцитирует5 лет назад
1648-ci ildə Parisdə məhkəmə binasını xarabaya çevirmiş yanğının üç cür: siyasi, meteoroloji və poetik izahları olsa da, bədbəxtlikdən, inkar olunması heç cür mümkün olmayan fakt – yanğının həqiqətən baş verməsidir. Həmin fəlakətdən sonra, xüsusilə də müxtəlif zamanlarda aparılan təmir nəticəsində yanğının rəhm etdiyi çox az yer bərpa olunmuş və Fransa krallarının bu qədim iqamətgahından indi çox az bir əsər qalmışdır; vaxtilə bu saray Luvr sarayının böyük qardaşı sayılırdı və kral Yaraşıqlı Filipin zamanında uzaq və qədim günlərin xatirəsi kimi yaşayırdı; onda kral Rober tərəfindən tikilmiş və Elqaldusun təsvir etdiyi həşəmətli binaların qalıqlarını axtarırdılar.
  • Войти или зарегистрироваться, чтобы комментировать