Elvin Ahmadovцитирует7 лет назад
Tiranlıq da bir vərdişdir; o, tərəqqiyə qadirdir və nəhayət, inkişaf edərək xəstəliyə çevrilir. Mən o fikirdəyəm ki, ən yaxşı insan belə bu cür vərdişdən kobudlaşaraq və kütləşərək vəhşi heyvan səviyyəsinə çata bilər. Qan və hakimiyyət adamda bihuşluq yaradır: kobudlaşma, əxlaqsızlıq inkişaf edir; ən anormal hadisələr əqlə və duyğuya sirayət edir və nəhayət, onlara şirin gəlir. Müstəbidin şəxsində insan və vətəndaş birdəfəlik məhv olur, insan ləyaqətinə, tövbəyə, mənəvi dirilməyə aparan yol artıq onunçün mümkünsüz olur. Üstəlik də, bu cür özbaşınalığın mümkünlüyü cəmiyyətə də sirayət edir: bu cür hakimiyyət şirnikdirici olur. Belə hadisələrə qarşı biganə olan cəmiyyət, artıq özülünə qədər bu xəstəliyə yoluxmuş olur.
  • Войти или зарегистрироваться, чтобы комментировать