b8468989854цитирует3 года назад
Hələ də, hər necəsə, dürüst düşünə bilən varlı bir insan, iş şərtlərinin yaxşılaşdırılması haqqında fikirlərini bildirsə, təxminən belə bir şey deyər: “Yoxsulluğun yaxşı bir şey olmadığını bilirik; amma əslində, bizdən çox uzaqdı deyə, biz bunun necə əzabverici bir şey olduğunu düşünüb vaxtımızı xoş keçiririk. Amma bizdən bu vəziyyətin düzəldilməsi üçün nəsə edəcəyimizi gözləməyin. Sizin bu vəziyyətinizə pis oluruq; amma bu qotur tutmuş pişik üçün üzülməklə eyni şeydir. Hətta sizin vəziyyətinizin düzəlməməsi üçün əlimizdən gələni edəcəyik. Düşünürük ki, siz elə buna da layiqsiniz. Hal-hazırda mövcud olan şərtlər bizi tam qane edir və biz risk edib sizi bir saatlıq belə boş vaxtla təmin edə bilmərik. Buna görə də, əziz qardaşlar, siz gecə-gündüz tər tökməlisiniz ki, biz pul qazanıb İtaliyaya gedə bilək. Heyvan kimi işləyin, siz buna layiqsiniz!”
  • Войти или зарегистрироваться, чтобы комментировать