Moka Gasanovaцитирует3 года назад
Bəzən məndə elə təəssürat yaranır ki, bizim üzbəüz iki qapısı olan bir otağımız var, hər birimiz qapı dəstəyindən yapışmışıq, birimiz kirpiyimizi qırpan kimi, o birimiz qapı arxasında yox olur və birinci bircə söz deyən kimi, o biri növbəti saniyədə içəri girib qapını ardınca qapayır və gözdən itir. Əlbəttə, o, qapını yenidən açacaq, çünki bura onların otağıdır, buranı tərk etmək mümkün deyildir. Əgər birinci olan ikincidən fərqli olaraq sakitcə, o tərəfə boylanmadan, otağa girməyə tələsmədən, sanki o, başqalarından heç nə ilə fərqlənmirmiş kimi hərəkət eləsə (amma başqa vaxtlar o da öz qapısında özünü o birisi kimi aparırdı), onda bəzi hallarda onlar hər ikisi qapı arxasında qalarlar və bu gözəl otaq boş olar.
  • Войти или зарегистрироваться, чтобы комментировать