Həmidə Məcidliцитирует6 лет назад
– Mən siyasətçi deyiləm, xəfiyyəyəm. Cinayət axtarışı ilə məşğul oluram. Həm də kim tərəfindən törədilməsi məlum olmayan gizli cinayətlərin axtarışı ilə. Və özün də bilirsən ki, bundan zövq alıram, çox vaxt. Amma ermənilərin Azərbaycanda törətdiyi cinayətlər hamısı dünyanın gözü qabağındadır. Torpaqların zorakılıqla işğalı, insanların vəhşicəsinə qırılması, evlərin, meşələrin yandırılması… Saymaqla qurtarmaq olmaz bunları. Bunlar gizli cinayətlər deyil. Bütün dünya bilir ki, bu cinayətlər olub və onu da bilirlər ki, kimlər tərəfindən edilib. Amma qiymət verən yoxdu buna. Bax, bunu anlaya bilmirəm. Elə hey nəyisə araşdırırlar, sanki təhqiqat aparırlar. Nəyi araşdırırlar, görəsən? Cinayətkarı axtarırlar? Allaha and olsun, gülməlidir!
  • Войти или зарегистрироваться, чтобы комментировать