Mir Ismyil Aliцитирует8 лет назад
Gözdən yox, ürəkdən. Duzlu göz yaşı axmadı. Belə olanda hər şey yüngül keçir. Elə ki, ürəkdə ürəkdən böyük bir ağrı olur. O ürəyi çıxarıb özü onun yerinə girir, bu ağlamaq kişi ağlamağıdı. Onun ağrısı heç vaxt keçmir. Üstündən otuz-qırx il ötəndən sonra, qocalıqda yada düşəndə bax. Onda gözdən yaş çıxır. Çünki ürək o ürək deyil. Möhkəmliyini, təpərini itirib, kövrəklik yaranıb, kövrəklik isə gözlə, onun yaşı ilə bağlı olur. Yaş axan kimi kövrəklik əriyir, buz kimi suya çevrilir, gilə-gilə axıb gedir. Altından ot da bitər, çəmən çiçəkləri də
  • Войти или зарегистрироваться, чтобы комментировать