Fərid Çələbiцитирует4 года назад
­İnsanların dost olmağa meyil göstərmələrinin səbəbi fayda götürmək, düşmənlərdən qaçmalarının səbəbi ziyan çəkməməkdir. Lakin ağıl sahibləri ağır vəziyyətə düşərsə və düşmənin köməyi olmadan bu vəziyyətdən qurtarmaq mümkün deyilsə, düşmənə yaxınlaşar, onun köməyindən istifadə edər. Eləcə də dostdan ziyan görsə, ondan qaçıb uzaqlaşar. Heyvanların balaları da öz analarının arxasınca süd əmmək üçün düşürlər. Süddən ayrılcaq heç bir şeydən çəkinmədən, heç bir şeydən qorxmadan qohumluq və dostluğu tərk edib analarından uzaqlaşarlar və heç bir ağıllı adam bunu düşmənçilik kimi qələmə verməz. Hikmət sahibləri həmişə öz işlərini zəmanənin təqazasına, həyatın tələbinə görə qurar. Şəraiti, zaman və məkanı nəzərə alıb tədbir görər, dost-aşna ilə, rəqib və düşmənlə necə rəftar etməyin, yavaş tərpənib tünd getməyin, mehribanlıq büruzə verib sərtlik göstərməyin yerini bilər və həmişə necə məsləhətdirsə, elə də dolanar.
  • Войти или зарегистрироваться, чтобы комментировать