b3987441598цитирует2 года назад
İnsanlar! İntəhasız və sonsuz sayda insan axını! Və hamısı, hər biri, necə deyərlər, elə tutqun, yeknəsəq baxışlıdırlar ki! Bir-birinə bənzəyir, çox qorxunc bir şəkildə bir-birləri ilə eynidirlər, sanki bir almanın yarısıdırlar. Bəzilərinin çöhrələri qoyuna bənzəməsə də, dovşanın çöhrəsindən fərqlənmir. Bəziləri yüksək səviyyədə geyinib-kecinmiş boşboğazlardır. Ağızlarına gələni danışırlar. Onların içərisindəki ortayaşlı, gonbul kişilər xoruldayırlar. Bunların əksəriyyəti eynilə bir donuz kimidir. Hətta bu nərmə-nazik, qırmızıdodaq, yumurtasifət gözəlçələr də insanın ürəyini bulandıracaq dərəcədə bir-birilə eynidir.”

Stefan yenə də qəlbində böyük bir həsrətlə günəşin parlaq şüaları ilə yandırdığı, intəhasız və sonsuz çölləri ­düşündü.

Sonra, qəfildən o, nəfəsini tutdu və vaqonun içərisinə baxdı. Vaqonun içərisində diqqətini cəlb edən bir qız gördü. Qızın qara saçları, xəfif və xoş çöhrəsi hər tərəfi parıldadırdı. Onun qara gözləri gecənin qaranlığını və intəhasız dərinliyini əks etdirirdi. Cənub iqliminə məxsus o kədərli və məğrur baxışlar qızın gözlərinə əks olunmuşdu. Bu qız qatardakı digər cansıxıcı baxışları olan, axmaq çöhrəli insanların yanına yaraşmırdı. Digər tərəfdən, onun İngiltərənin Mərkəzi Qraflığı kimi soyuq və darıxdırıcı bir yerə getməyi də səhv addımdır. İndi o, balkonda əyləşməli, o məğrur başına xüsusi naxışlarla əld
  • Войти или зарегистрироваться, чтобы комментировать