Hər kim bircə saniyə qorxaqlıq etsə, ola bilər ki, taleyin ona bəxş etdiyi təsadüfü həmin bu bir saniyədə itirsin.
Qəhrəmanlıq hətta düşməndə də olsa, həmişə hörmətə layiqdir
Ancaq Planşenin dediyi kimi, "nə qədər yesən də, ömürlük doya bilməzsən
həyatı sənə məlum olan bir adam üzərində həmişə özünü üstün hiss edirsən
Miledi ancaq kraliçalar içində kraliça idi. Aşağı təbəqədən olan adamlar üzərində hökmranlıq etmək ona həzz verməzdi, bu, onun üçün bəlkə alçalmaq deməkdi.
Feltonun azca da olsa mənə yazığı gəlir, onun qəlbində bir rəhm qığılcımı var.
Bu qığılcımdan mən elə bir yanğın törədərəm ki, bu yanğın onun özünü məhv edər.
bizim əsir hər necə olsa qadındır; yaxşı tərbiyə görmüş hər bir adam öz diqqətini qadından əsirgəməməlidir, bu da onun xətri üçün deyil. Adamın ləyaqəti üçündür
Hirslənmək heç lazım deyil; hirslənmək zəiflik əlamətidir. Əgər mən arvadlarla mübarizə etsəydim, qalib gələ bilərdim, çünki onlar məndən zəif olardı. Lakin mən kişilərlə mübarizə edirəm, onların qarşısında mən ancaq zəif bir qadınam. Mən də təbiətin qadınlara verdiyi silahla mübarizə edəcəyəm: mənim gücüm-mənim zəifliyimdədir".
Niyə Allah səhv edib kişi ruhunu zəif və zərif arvad bədəninə qoymuşdur?
XIII Lüdovik de Trevilə böyük məһəbbət bəslərdi. Doğrudur, bu məһəbbət padşaһ məһəbbəti, xudbin bir məһəbbət idi, anca һər һalda məһəbbət idi.