Şərab və musiqi: qadın və kişinin yerinə yetirməli olduğu ritual.
İş gününün xeyli hissəsini yeni dərslərə həsr etsə də, 101 kursunun dərsliyinin müqəddiməsi ona mənasız görünür: “İnsanlar dili fikir, duyğu və niyyətlərini bir-birinə çatdıra bilmək üçün yaradıblar”. Devidin heç kimlə bölüşməyib özünə saxladığı şəxsi qənaəti isə budur: nitq, əslində, nəğmələrdən yaranıb. Nəğmələr isə, hədsiz dərəcədə geniş və boş insan ruhunu səslərlə doldurmaq ehtiyacından yaranıb.
Məncə, iti hansısa hərəkətinə görə, məsələn, ayaqqabını gəmirdiyinə görə cəzalandırmaq olar. Bu cəza itə də ədalətli görünər. Amma cinsi instinkt başqa şeydir. Heç bir heyvan instinktlərinə görə cəzalandırılmağı ədalətli saymaz.
İnsanın bir skeletini, bir də xasiyyətini dəyişdirmək müşkül məsələdir
Gecə düşür. Devid və Lüsi aclıq hiss eləməsələr də, yeyirlər. Şam yeməyi ritualdır. Rituallar isə həyatı yüngülləşdirir.
Müasir ingilis sözü “friend” – “dost” qədim “freon”, yəni “sevmək” felindən əmələ gəlib
Louri bu yolu axıra qədər gedərək, bütün
Sığallı sözlər yoldançıxarmanın özü qədər qədimdir.
Amma təcrübəmdən bilirəm ki, poeziya ya ilk dəfədən insana zövq verir, ya da, ümumiyyətlə, heç nə demir. İldırım çaxması kimi. Aşiq olmaq kimi.
Hamısı ya cavan ölüb, ya gücdən düşüb, ya da dəli olub, qıfıl altında saxlanıb. Amma Bayron İtaliyada yox, Yunanıstanda ölüb. Qalmaqaldan xilas olmaq üçün İtaliyaya qaçıb, orada məskunlaşıb. Həyatının sonuncu ən böyük məhəbbətini də orada yaşayıb. O vaxt İtaliyaya getmək ingilislər arasında dəb imiş. Onlar inanırdılar ki, hələ də öz təbiiliklərini qoruyub saxlayan italyanlar şərtiliklərə daha az tabe olurlar və daha ehtiraslıdırlar.