Sevgi – hər gün vurulmaqdı eyni qadına!
Qorxma, Adəm
Qadın səni cənnətdən qovdurubsa,
Sən də onu özünlə cəhənnəmə aparırsan.
Gündüz görən, bilən olar, gəl biz gecə ayrılaq.
Oturub götür-qoy edək, görək necə ayrılaq.
Gedək kənd-kənd vidalaşaq, küçə-küçə ayrılaq.
Sətirdən-sətrə keçək, heca-heca ayrılaq.
Taleyim mənə ölüm haqqında bir şeir əzbərlətdirir.
Necə ki, hamıdan güclüdür qarışqa, amma ayaqlar altda
yaşayır.
Getməmişdən əvvəl diş kimi çürümək
və yerində laxlamaq lazımdı.
Bəzən fikri danışmaq yox, lal-dinməz
ağlamaq lazımdı.
Bəndələrin yerdədir, sən göydə nə gəzirsən?
Gəl, bir insan ömrünü, yaşa görüm, dözürsən?!
Biz əvvəlcə dost idik.
Sonra sevgili olduq.
Daha sonra ər-arvad.
İndi isə düşmənik –
Heç vaxt ayrılmamaq üçün...
Bizi tərk etmiş insanın ismin «Kim» sualına yox,
«hara» sualına cavab verdiyini də bilirəm
Həyat,
Sən bizə xoşbəxtliyimizi başqalarının bədbəxtliyi ilə
ölçməyi öyrətdin.