elə bir dünya ki, orada keçmişə yer yoxdur, ya da çox az yer ayrılıb; və əgər bu keçmiş hələ də yaşayırsa, heç olmasa, peşmanlıqlar, yaxud öhdəliklər şəklində davam etməsin, çünki hətta xoşbəxtlik haqqında xatirələrin də öz kədəri var, keçmiş həzzlərin xatirəsi isə adamın qəlbini ağrıdır.
Çox az adam ölümü xatırladacaq qədər dərin bir yuxuya getdiyi və yuxusunda heç bir xəyal görmədiyi, yaxud pozğun zövq və dəhşət içində keçirdiyi gecələrdən sonra sübhə qədər oyanmadan yatır; bu zaman beyin hüceyrələrində reallığın özündən daha qorxunc, öz gücü ilə qotik sənəti canlandıran bütün qrotesk şeylərdə gizlənmiş olan qarabasmalar oyanır; sanki qotik sənət xəyalpərvərlik mərəzinə tutulanlar üçün yaradılıb
Təbiət gözəl bir ironiya ilə, vəhşi heyvanlarla bəslənsin deyə tərki-dünyaları səhraya qovar, zahidlərə də yoldaş olsunlar deyə çöl heyvanlarını verər.