– Uetmor başa düşmür ki, onlar üzərində heç bir nüfuzu yoxdur, – Din dedi. – O başa düşmür ki, nə edir etsin, fərqi yoxdur, insanı bir dəfə öldürmək olar. Əgər sonları elektrik stulunda edam edilməkdirsə, onlar üçün bundan daha pisini etmək mümkün deyil. Bunu dərk etməyincə, o həm özü, həm də ətrafındakılar üçün təhlükəlidir
Sizin bəziləriniz üçün bu gülməli, qalanlarınız üçün isə qəribə görünə bilər, lakin icazə verin sizə bir şeyi deyim, dostlar: qəribə məhəbbət, ümumiyyətlə, onun heç olmamasından daha yaxşıdır.
Zaman bütün yaraları sağaldır, siz bunu istəsəniz də, istəməsəniz də