Və yazıçının qorxulu «Yeddi asılmış haqqında hekayə»nin müəllifinin başına dəhşətli ittihamlar yağırdı ki, guya yoldaş Lapşinin altı doğma qardaşları — bahadırları işə qəbul etməsində, yoldaş Spravçenkonun ağac qabığı tədarükündə özbaşına axına ümid edərək tədarükü batırmasında, yoldaş İndokitayskinin Polşanın kiçik bir bankına 7384 rubl 03 qəpik dövlət pulunu uduzmasında məhz o günahkardır. İndokitayski nə qədər fırlansa da, müvafiq instansiyalarda nə qədər sübut etsə də ki, 03 qəpiyi dövlətin nəfinə xərcləyib və o, göstərilən məbləğə bəraət sənədləri təqdim edə bilər, xeyri olmadı. Rəhmətlik yazıçının kölgəsi amansız idi və bir payız axşamı İndokitayskini həbs etdilər
— Lənətə gəlmiş ölkə! – deyə Koreyko donquldandı. – Milyonçunun öz nişanlısını kinoya apara bilmədiyi bir ölkə.
Böyük adamların və böyük əşyaların yaşadığı böyük dünyaya paralel olaraq, kiçik adamların və kiçik əşyaların olduğu kiçik dünya da mövcuddur. Böyük dünyada dizel mühərriki ixtira edilib, «Ölü canlar» yazılıb, Dnepr hidrostansiyası tikilib və dünya ətrafında uçuş həyata keçirilib. Kiçik dünyada «get-get» cığıran köpük ixtira edilib, «Kərpiçciklər» mahnısı yazılıb və «Səlahiyyətli nümayəndə» fasonlu şalvarı tikilib. Böyük dünyada insanlar bəşəriyyətə mərhəmət göstərməyə çalışırlar. Kiçik dünya belə yüksək materiyadan uzaqdır. Onun sakinlərinin bir arzusu var – aclıq hissi keçirmədən bir təhər yaşamaq
— Bəs siz pulu necə almağı fikirləşirsiniz?
— Mən necə almağı fikirləşirəm? Pulu almaq və ya qopartmaq şəraitdən asılı olaraq müəyyənləşir. Şəxsən mənim pul almaq üçün dörd yüz nisbətən təmiz üsulum var. Amma məsələ üsullarda deyil. Məsələ burasındadır ki, indi varlı adam yoxdur. Və mənim vəziyyətimin də dəhşəti bundadır. Başqası, əlbəttə, hansısa köməksiz bir dövlət müəssisəsinin üstünə atılardı, amma mənim qaydalarımda belə şey yoxdur. Mənim Cinayət Məcəlləsinə olan hörmətimi bilirsiniz. Kollektivi soymaq niyyətim yoxdur. Mənə daha varlı individium verin. Amma o, yoxdur, o individium yoxdur
— Cənnət vadisidir, – deyə Ostap dilləndi. – Belə şəhərləri səhər tezdən, günəşin hələ yandırmadığı vaxt qarət etmək yaxşıdır. Az yorulursan
Təcrübəsiz Panikovski elə böyük tonqal qalamışdı ki, sanki bütöv bir kənd yanırdı. Alov fısıldayaraq, hər tərəfə yayılırdı. Panikovski əyilə-əyilə çöllüyə qaçdı və əlində oddan isinmiş, əyri xiyarla qayıtdı. Ostap cəld xiyarı onun əlindən qapdı və dedi:
— Yeməyə pərəstiş etməyin.
Bundan sonra o, xiyarı özü yedi.