Yaxınlığımızda ərzaq seçən kişi dayanmışdı. Rəfiqəmin iradlarını eşidən kişi bizi dəhşətli baxışla süzdü, sanki demək istədi: “Siz qadınlar həmişə kişiləri alçaltmağı sevmisiniz!” O, narazı halda başını yellədə-yellədə uzaqlaşdı, biz isə təbəssümlə bir-birimizə baxdıq. Onun bizi qətiyyən başa düşmədiyini anladıq.
Niyə qadınlar və kişilər vaxtı fərqli dərk edirlər? Mənə elə gəlir ki, kişilər bu günlə yaşayır, problemlər ortaya çıxdıqca, aradan qaldırmağa üstünlük verirlər. Qadınlar isə məsələyə o biri tərəfdən baxır, daim gələcək haqqında düşünür və orada yaşayırlar.
Kişilər, unutmayın, açıq, sevən, həssas ürəyi olan qadın sizə qiymətsiz hədiyyə verər. O sizdən qarşılıq olaraq bir şey istəməyə çalışmayacaq. Əksinə, o sizə öz sevgisini, sədaqətini, sevincini bəxş edəcək. Heç də bütün qadınlar bunlara qadir deyil. Əgər bəxtiniz gətirib belə bir qadına rast