Yaxınlığımızda ərzaq seçən kişi dayanmışdı. Rəfiqəmin iradlarını eşidən kişi bizi dəhşətli baxışla süzdü, sanki demək istədi: “Siz qadınlar həmişə kişiləri alçaltmağı sevmisiniz!” O, narazı halda başını yellədə-yellədə uzaqlaşdı, biz isə təbəssümlə bir-birimizə baxdıq. Onun bizi qətiyyən başa düşmədiyini anladıq.
Niyə qadınlar və kişilər vaxtı fərqli dərk edirlər? Mənə elə gəlir ki, kişilər bu günlə yaşayır, problemlər ortaya çıxdıqca, aradan qaldırmağa üstünlük verirlər. Qadınlar isə məsələyə o biri tərəfdən baxır, daim gələcək haqqında düşünür və orada yaşayırlar.
Kişilər, unutmayın, açıq, sevən, həssas ürəyi olan qadın sizə qiymətsiz hədiyyə verər. O sizdən qarşılıq olaraq bir şey istəməyə çalışmayacaq. Əksinə, o sizə öz sevgisini, sədaqətini, sevincini bəxş edəcək. Heç də bütün qadınlar bunlara qadir deyil. Əgər bəxtiniz gətirib belə bir qadına rast
Acı həqiqət aşağıdakından ibarətdir: kişilərin bizi sevməsi heç də bizi anlamaları demək deyildir. Kişilər tamamilə fərqli dünyada yaşayırlar.
Əgər siz partnyorunuzun beynini razı salacaq həcmdə məlumat verməsəniz, o sizi heç xoşbəxt edə bilməz.
Qadınların sizi idarə etdiklərini hiss edəndə, özünüzdən soruşun:
“Onun əsl məqsədi nədir?”
Qadın sizin münasibətləriniz çərçivəsində nəsə planlaşdıranda və ya təklif edəndə, o heç də sizi idarə etməyə çalışmır – o nəsə təklif etmək, sevgi və xoşbəxtlik yaratmaq istəyir
Kişilər tez-tez qadınların yaradıcı şövqünü üstün olmaq cəhdi, şövqünün gücünü isə birbaşa əmr kimi qəbul edir.
Hər bir qadının üç gizli tələbi
● Qadınlar özlərini əmin-amanlıqda hiss etmək istəyirlər.
● Qadınlar yaxınlığı hiss etmək istəyirlər.
● Qadınlar onlara dəyər verilməsini istəyirlər.
qadınlar zamana və ritmə diqqət yetirirlər