içindəki hər kəsin məni tanıdığı, mənimsə heç birini tanımadığım kütlə;
Elə yaşantılar var ki, sözlə ifadə eləmək olmur.
Hər tərəf tamaşaçılarla doluydu. İnsan qanı alverçiləri var gücləriylə bağırırdılar:
– Yer istəyən varmı?
Bu camaata qarşı bir qəzəb bürümüşdü varlığımı. Onlara üz tutub bağırmaq istəyirdim:
– Bəs mənim yerimi istəyən varmı?