içindəki hər kəsin məni tanıdığı, mənimsə heç birini tanımadığım kütlə;
Elə yaşantılar var ki, sözlə ifadə eləmək olmur.
Hər tərəf tamaşaçılarla doluydu. İnsan qanı alverçiləri var gücləriylə bağırırdılar:
– Yer istəyən varmı?
Bu camaata qarşı bir qəzəb bürümüşdü varlığımı. Onlara üz tutub bağırmaq istəyirdim:
– Bəs mənim yerimi istəyən varmı?
Və bu əminlik onlarda haradandır ki, bu halda adam ağrı çəkmir? Bunu kim deyib onlara? Kimsə şahidi olubmu ki, tamam qan içində olan kəsilmiş baş səbətdən boylanıb camaata qışqırsın: “Əşi, boş şeydi, ağrısı-zadı olmur!”?
Bilmək olmaz, hansı daha əzablıdır – qanın damcı-damcı axıb-getməsi, yoxsa şüurun fikir-fikir sönüb-getməsi.
Baiskar isə rəzil qanunlar, alçaq insanlardır, mən pis adam deyildim!
o mənim ürəyimi, ruhumu qəbul eləsin, mən də onun Allahını.
Ah, məhkəmə iclasçıları mənim sevimli Marimi görsəydilər, anlayardılar ki, üçyaşlı körpənin atasını öldürmək olmaz!
Yazıq qızım! Altı saatdan sonra mən olmayacağam! Anatomik teatrın soyuq masaları üstünə tullanan leşə çevriləcəyəm;
Şəhər gömrükçüləri hər şeyi yoxladı. Karetdə kəsimə aparılan qoyun, ya da öküz olsaydı, rüsum ödəmək lazım gələcəkdi. Amma insan başı üçün vergi alınmırdı. Bizi buraxdılar.