Qoy bu cavanlar, xüsusilə bax o Sabitcan baxıb gözünə su versin. Qoy başa düşsün ki, ləyaqətlə yaşamış adamın dəfni artıq yük, əngəl deyil, əksinə, kədərli də olsa, çox böyük şərəf işidir. Matəmin də şərəfli cəhətləri var – birində musiqi çalınır, bayraq sallanır, başqasında yaylım atəşi, o birində gül-çiçək əklilləri...
Onlara ölümdən başqa hər şey vacibdir!” Bu məsələ ona rahatlıq vermirdi. “Əgər ölümün onlar üçün heç bir əhəmiyyəti yoxdursa, deməli, həyatın da qədir-qiyməti yoxdur. Onda nə məqsədlə yaşayırlar, niyə yaşayırlar?”
Məlum işdir, rəis rəisdir, onun nə vecinədir ki, qəbiristanlıq uzaqdadır, ya yaxında. Rəis öz sözünü deyir, filan gün, filan saatda işə gəlməlisən, vəssalam! Niyə? Ona görə ki, şəhər şəhərdir, rəis də rəis!..