Qoy bu cavanlar, xüsusilə bax o Sabitcan baxıb gözünə su versin. Qoy başa düşsün ki, ləyaqətlə yaşamış adamın dəfni artıq yük, əngəl deyil, əksinə, kədərli də olsa, çox böyük şərəf işidir. Matəmin də şərəfli cəhətləri var – birində musiqi çalınır, bayraq sallanır, başqasında yaylım atəşi, o birində gül-çiçək əklilləri...
Onlara ölümdən başqa hər şey vacibdir!” Bu məsələ ona rahatlıq vermirdi. “Əgər ölümün onlar üçün heç bir əhəmiyyəti yoxdursa, deməli, həyatın da qədir-qiyməti yoxdur. Onda nə məqsədlə yaşayırlar, niyə yaşayırlar?”
Məlum işdir, rəis rəisdir, onun nə vecinədir ki, qəbiristanlıq uzaqdadır, ya yaxında. Rəis öz sözünü deyir, filan gün, filan saatda işə gəlməlisən, vəssalam! Niyə? Ona görə ki, şəhər şəhərdir, rəis də rəis!..
həyat deyilən şey ki var, çox məkrli bir şeydir, böyük vəzifəyə çatmaq elə də asan başa gəlmir. Bir dəfə elə özü şikayətlənib deyirdi ki, qohum-əqrəbadan, yaxşıca tanış-bilişdən arxan, köməyin olmasa, deməli, zəhmətin havayıdır. Mən kiməm ki? Boranlı deyilən bir razyezddə işləyən Qazanqap deyilən birisinin oğlu. Eh, bədbəxt, indi heç bəyənmədiyin o ata da yoxdur. Ölüb getmiş məşhur atadansa, ən fərsiz diri ata min qat yaxşıdır, indi heç bu da yoxdur.
Eh, yaxşı deyiblər, keçən günə gün çatmaz, calasan günü günə! Bunlar hamısı indi adama yuxu kimi gəlir. Budur, indi o vaxtkı dəmbərəgöz, üzügülən uşağın yerinə gözlüklü, əzik şlyapalı, köhnə qalstuklu yekə bir kişi gəlib dayanıb. Özü də vilayət şəhərində işləyir, dərdi-azarı da böyük vəzifə, rütbə sahibi kimi görünməkdir. Amma
Ölmək də, elə öləni bu dünyada abırla basdırmaq da asan məsələ deyil..
Çöl ucsuz-bucaqsız, adam balaca. Çölə heç bir şeyin dəxli yoxdur. Yaxşısan-yamansan, ona nə dəxli var? Onu necə var, gərək elə də qəbul eləyəsən. Amma adam hər şeyə belə laqeyd baxa bilmir, əzab çəkir, darıxır, ona elə gəlir ki, adamlar arasında olsaydı, daha yaxşı dolana bilərdi, bəxtinin ucbatından bu yerlərə düşüb... Guya bu səbəbdən ömrünü bu çöllərdə xərcləyir.
Keçmişini unudan adam dünyada öz yerini, mövqeyini təzədən müəyyən etmək zərurəti qarşısında qalır. Öz xalqının və başqa xalqların əldə etdiyi tarixi təcrübədən məhrum edilmiş adam tarixi perspektivdən kənarda qalır, yalnız bu günün qayğısı ilə yaşamağa qabil olur.
Ruhən zəhmətkeş adam isə həmişə düşünür, özünə suallar verir.
zəhmət adamı” deyəndə mən bu anlayışı “təbiətən sadə adam”, yalnız can-başla yer şumladığı və ya mal-qara otardığı üçün mütləqləşdirmək fikrindən uzağam. Məncə, əbədi və dəyişkən həyatla üz-üzə gələn zəhmət adamının nə dərəcədə şəxsiyyət olması, mənəvi aləminin nə dərəcədə zənginliyi dövrünün əsas xüsusiyyətlərinin onda nə dərəcədə cəmləşdiyi ilə ölçülməlidir